♟️Şahmat

Ana səhifə Oyunçular Şahmat haqqında Faydaları

Şahmat

Şahmat— iki oyunçu arasında taxta lövhə üzərində oynanan əyləncəli və rəqabətli strateji oyun. Bəzən bu oyunu daha qədim növlərindən və Çin şahmatı kimi əlaqəli oyunlardan fərqləndirmək üçün "Qərb şahmatı" və ya "Beynəlxalq şahmat" adlandırırlar. Oyunun indiki forması Hindistan və fars mənşəli oxşar oyunun inkişafından sonra XV əsrin ikinci yarısında Cənubi Avropada ortaya çıxdı. Bu gün şahmat bütün dünyada milyonlarla insanın evdə, klublarda, onlayn və turnirlərdə oynadığı dünyanın ən populyar oyunlarından biridir.[1] Şahmat mücərrəd strategiya oyunudur və heç bir gizli məlumatı özündə əks etdirmir. 8 sıra 8 sütun olmaqla sıra ilə düzülmüş 64 ağ və qara xanalardan ibarət şahmat lövhəsində oynanır. Oyunun başlanğıcında hər bir oyunçu (onlardan biri ağ fiqurları, digəri isə qara fiqurları idarə edir) 16 fiquru idarə edir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Oyunun məqsədi rəqibin şahını mat etməkdir. Əgər şah hücuma məruz qalıbsa və hərəkət edəcək yeri yoxdursa mat olur. Oyun həmçinin heç-heçə ilə də bitə bilər.

Fiqurlar